Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

Hazırda oxunan: Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

624885

Küveytdəki ABŞ hərbi bazasında baş vermiş insidentlə bağlı təşviş doğuran məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, “Vaşinqton Post” nəşrinin mənbələrə istinadən verdiyi xəbərə görə, hərbi bazada qeydə alınan hücum və ya insident nəticəsində 6 ABŞ hərbçisi həlak olub.
 

Hadisənin təfərrüatları hələlik tam açıqlanmasa da, regionda artan gərginlik fonunda bu xəbər Vaşinqtonda ciddi rezonans doğurub. ABŞ rəsmiləri hadisənin səbəblərini araşdırdıqlarını bildiriblər.


Qeyd edək ki, son günlər İran-ABŞ qarşıdurması və Hörmüz boğazındakı gərginlik fonunda regionda təhlükəsizlik tədbirləri maksimum həddə çatdırılıb.

Hərbi ekspertlər bu insidentin Yaxın Şərqdəki hərbi mövcudluq və ABŞ-ın regiondakı strateji planlarına təsir edə biləcəyini vurğulayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin