Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

Hazırda oxunan: Fransada silah dolu avtomobil tapıldı - 300 nəfər təxliyə olundu

624869

Fransanın Milli Antiterror Prokurorluğu (PNAT) Parisin şimal ətrafında yerləşən Sarsel kommunasında silahla dolu avtomobilin aşkar edilməsindən sonra istintaqı öz icraatına götürdüyünü açıqlayıb.

Bizim.Media  xəbər verir ki, hadisə şənbə axşamı baş verib. Yerli mətbuatın məlumatına görə, avtomobil sinaqoqun yaxınlığında aşkar edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində 300 nəfər yerli sakin ehtiyat məqsədilə təxliyə olunub.
 

PNAT-ın BFM telekanalına verdiyi məlumata əsasən, iyulun 12-də rəsmi olaraq terror məqsədilə insanlara qarşı ağır cinayətlərin hazırlanması üçün cinayətkar birliyin yaradılması, həmçinin terror fəaliyyəti ilə əlaqəli A və B kateqoriyalı silahların daşınması, saxlanılması və əldə edilməsi maddələri üzrə cinayət işi başlanıb.


İstintaqa xüsusi xidmət və hüquq-mühafizə orqanları cəlb olunub. İşin həssaslığı və aşkar edilən silahların xarakteri nəzərə alınaraq, araşdırmanın aparılması Fransanın ixtisaslaşmış təhlükəsizlik qurumlarına həvalə edilib.

İstintaq tədbirlərində Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI), Antiterror Alt İdarəsi (SDAT), Milli Məhkəmə Polisi İdarəsi (DNPJ) və Val-d'Uaz departamentinin Departamentlərarası Milli Polis İdarəsi (DIPN) iştirak edir.

Hazırda araşdırmalar davam etdirilir. Hadisənin motivləri ilə bağlı rəsmi qurumlar hələlik əlavə məlumat açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin