Sedrik Monzia Aundu: “Jurnalistlərin əsas vəzifəsi daha ədalətli informasiya mühiti formalaşdırmaqdır” – FOTO

Hazırda oxunan: Sedrik Monzia Aundu: “Jurnalistlərin əsas vəzifəsi daha ədalətli informasiya mühiti formalaşdırmaqdır” – FOTO

624591

“Dekolonizasiya düşüncə və informasiya məkanının da müstəmləkəçilik təsirlərindən azad edilməsidir”.

Bizim.Media xəbər verir ki, bu fikri “Voice of Congo” təşkilatının baş nümayəndəsi Sedrik Monzia Aundu “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

BTQ-dan media platforması: Dekolonizasiya gündəmi Bakıda müzakirə olunur - FOTO


O qeyd edib ki, keçmişdə media çox vaxt müstəmləkəçi dövlətlərin yaratdığı narrativləri yayırdı. Bu gün isə jurnalistlərin əsas vəzifəsi həqiqəti yoxlamaq, xalqların səsini çatdırmaq və daha ədalətli informasiya mühiti formalaşdırmaqdır.

Sedrik Monzia Aundu vurğulayıb ki, rəqəmsal platformalar və sosial media fenomenləri ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizədə jurnalistlərlə rəqəmsal kontent yaradıcılarının əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin