Venesuelada yerli vaxtla təxminən saat 11:00-da (Bakı vaxtı ilə 18:00) 3,9 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Venesuela Seysmoloji Araşdırmalar Fondu (Funvisis) məlumat yayıb.
Qurumun məlumatına görə, yeraltı təkan La Quayra ştatının Nayquata dairəsindən 10 kilometr şimal-şərqdə qeydə alınıb.
Yerli sakinlərin dediklərinə görə, paytaxt Karakasın şərqindəki Las-Mersedes rayonunda insanlar binalardan təxliyə edilib, çünki zəlzələ həmin ərazidə kifayət qədər güclü hiss olunub.
Venesuela paytaxtının cənub-qərbindəki Fuerte-Tiuna yaşayış massivində də sakinlər yeraltı təkandan sonra ehtiyat tədbiri olaraq evlərini tərk ediblər.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelada 39 saniyəlik fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələ baş verib. Bu seysmik hadisələr nəticəsində həyatını itirənlərin sayı təxminən 3900 nəfərə çatıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:58 / 10.07.2026
Venesuelada yenidən ZƏLZƏLƏ OLDU
Hazırda oxunan: Venesuelada yenidən ZƏLZƏLƏ OLDU
Hazırda oxunan: Venesuelada yenidən ZƏLZƏLƏ OLDU
624548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































