Sabah Kiyevdə matəm olacaq

Hazırda oxunan: Sabah Kiyevdə matəm olacaq

623519

Kiyev meri Vitali Kliçko paytaxtda 7 iyul tarixinin matəm günü elan edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, mer 5 iyuldan 6 iyula keçən gecə paytaxta edilən hücumu "düşmənin paytaxta etdiyi ən kütləvi hücum" kimi qiymətləndirib.

Matəm günü ilə əlaqədar şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağan olunub.

Hazırda Kiyevin Podolski və Dərnitski rayonlarında zərər görmüş binalarda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Dağıntılar altında insanların olduğu ehtimal edilir. Son məlumata görə, hücum nəticəsində 11 nəfər həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin