Pakistanın Əfqanıstandakı terrorçuları hədəf almasına ABŞ-dan REAKSİYA

Hazırda oxunan: Pakistanın Əfqanıstandakı terrorçuları hədəf almasına ABŞ-dan REAKSİYA

623062

Amerika Birləşmiş Ştatları Pakistan Silahlı Qüvvələrinin Əfqanıstan ərazisinə endirdiyi zərbələri özünümüdafiə aktı kimi əsaslı hesab edir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi bəyanatında bildirilib.

Bəyanatda ABŞ-nin İslamabadın antiterror addımlarını dəstəklədiyi vurğulanıb:

"Vaşinqton Pakistanın terror hücumlarına cavab olaraq özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan terrorçuların fəaliyyətindən böyük zərər çəkib".

Dövlət Departamenti həmçinin qeyd edib ki, transsərhəd terrorizmlə mübarizədə regional sabitliyin qorunması mühüm şərtdir.

Xatırladaq ki, Pakistan və Əfqanıstanın "Taliban" hökuməti arasında sərhədyanı bölgələrdə fəaliyyət göstərən radikal qruplaşmaların, xüsusilə "Tehrik-i-Taliban Pakistan" (TTP) qrupunun hücumları səbəbindən son dövrlər gərginlik kəskin şəkildə artıb.

Pakistan ordusu ölkə daxilində törədilən qanlı terror aktlarına cavab olaraq Əfqanıstan daxilindəki sığınacaqları hədəf aldığını bəyan edib, rəsmi Kabul isə bu zərbələri öz suverenliyinin pozulması kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin