Trampın jurnalistlə dialoqu: “Qazanıram, çünki çoxlu pulum var" – VİDEO

Hazırda oxunan: Trampın jurnalistlə dialoqu: “Qazanıram, çünki çoxlu pulum var" – VİDEO

622686

ABŞ Prezidenti Donald Trampın şəxsi sərvəti və prezidentlik fəaliyyəti dövründə qazanclı çıxması barədə jurnalistin sualına verdiyi cavab sosial şəbəkələrdə geniş rezonans doğurub.

Bizim.Media xəbər verir ki, maraqlı dialoq dialoq şəklində yayılıb.

Həmin kadrlar qısa müddətdə böyük izlənmə sayı toplayıb:

Jurnalist: "Tənqidçiləriniz deyir ki, siz prezidentlik postundan öz xeyrinizə istifadə edirsiniz və varlanırsınız".

Tramp: "Mən qazanıram, çünki fond bazarı böyüyür. Hamımız qazanırıq. Sizin 401(k) pensiya planınız necədir? O, 85% artıb”.

“Təşəkkür edirəm, prezident Tramp!”, jurnalist cavab verib.

“Mən qazanıram, çünki mənim çoxlu pulum var". Ağ Evin rəhbərinin son sözü belə olub.

Qeyd edək ki, Tramp öz çıxışlarında tez-tez fond birjalarının artımını və ABŞ vətəndaşlarının pensiya hesablarının 401(k) dəyər qazanmasını öz iqtisadi siyasətinin uğuru kimi təqdim edir.

Onun "çoxlu pulum var" ifadəsi isə izləyicilər arasında müzakirələrə səbəb olub.

Xatırladaq ki, 401(k) pensiya planı — ABŞ-da özəl şirkətlər tərəfindən işçilər üçün təklif olunan və ən geniş yayılmış fərdi pensiya yığım proqramıdır.

Bu sistemin əsas xüsusiyyəti ondan ibarətdir ki, işçi hər ay öz maaşından müəyyən bir faizi (vergi tutulmamışdan əvvəl) bu hesaba yönəldir və toplanan vəsaitlər müxtəlif səhmlərə, istiqrazlara və ya fond bazarlarına investisiya edilir.

Beləliklə, fond bazarı böyüdükcə vətəndaşların pensiya yığımları da sürətlə artır.

Əksər hallarda işəgötürənlər də dəstək məqsədilə işçinin qoyduğu məbləğin üzərinə şirkət tərəfindən əlavə vəsait (bonuslar) köçürürlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin