Almaniyadan vətəndaşlarına XƏBƏRDARLIQ - "Rusiyanı tərk edin"

Hazırda oxunan: Almaniyadan vətəndaşlarına XƏBƏRDARLIQ - "Rusiyanı tərk edin"

622679

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya Federasiyasına səfərlərlə bağlı tövsiyələrini sərtləşdirib və öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb. Əgər əvvəllər bu xəbərdarlıq əsasən Ukrayna ilə həmsərhəd bölgələrə aid edilirdisə, artıq Rusiyanın bütün ərazisini əhatə edir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Almaniya XİN-in yenilənmiş səfər təlimatında yer alıb.

Nazirliyin rəsmi tövsiyəsində deyilir:

"Moskva ətrafında hava hücumundan müdafiə sisteminin əhəmiyyətli dərəcədə gücləndirilməsinə baxmayaraq, pilotsuz uçuş aparatlarının (PUA) hücumları və onların qalıqlarının yerə düşməsi bir sıra hallarda kifayət qədər ciddi zərərlərə səbəb olub".

Berlin rəhbərliyi Rusiya daxilində ən təhlükəli bölgələr kimi Belqorod, Bryansk, Kursk, Voronej və Rostov vilayətlərini, habelə Krasnodar diyarını qeyd edib.

Almaniya XİN bəyan edir ki, davam edən müharibə fonunda risk səviyyəsi çox sürətlə yüksələ bilər, təhlükəsizliklə bağlı vəziyyət isə qəfil pisləşə bilər. Nazirlik həmçinin aviasiya əlaqəsində mümkün fasilələr barədə xəbərdarlıq edib. Tövsiyələrdə, eyni zamanda, Rusiyanın ayrı-ayrı regionlarında yanacaq tədarükündə yaranan ciddi çətinliklər və qıtlıq da xüsusi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin