Finlandiya stasionar telefon rabitəsi şəbəkəsini tamamilə söndürdü

Hazırda oxunan: Finlandiya stasionar telefon rabitəsi şəbəkəsini tamamilə söndürdü

622610

Finlandiyanın sonuncu ən böyük telekommunikasiya operatorlarından biri olan "Elisa" şirkəti iyulun 1-dən etibarən ölkədə həm fərdi, həm də korporativ müştərilər üçün naqilli xətlərin xidmətini dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Finlandiyanın "Yle" portalı məlumat yayıb.

Şirkət bu niyyəti barədə hələ ilin əvvəlində xəbərdarlıq etmişdi. Bununla da ölkədə stasionar telefon rabitəsi erası rəsmən başa çatıb.
 

Qeyd edək ki, digər iri telekommunikasiya operatoru "Telia" hələ 2019-cu ildə öz stasionar şəbəkəsini qapatmışdı, cari ilin əvvəlində isə "DNA" operatoru abunəçilərinin naqilli telefonlarına xidmət göstərilməsini dayandırmışdı.


"Elisa" operatorunun məlumatına görə, ilin əvvəlinə şirkətin cəmi bir neçə min naqilli bağlantısı qalmışdı. Operator artıq bir neçə ildir ki, bu növ xidmətlər üçün yeni müqavilələrin bağlanmasını dayandırmışdı.

Xatırladaq ki, Finlandiyada stasionar telefon rabitəsi XIX əsrin sonlarından etibarən fəaliyyət göstərirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin