Rusiya hökuməti iyulun 1-dən etibarən Finlandiya, Estoniya və Latviya ilə sərhəddə yerləşən dəmir yolu buraxılış məntəqələrində hərəkəti müvəqqəti olaraq dayandırır.
Bizim.Media xəbər verir ki, bu barədə qərar rəsmi hüquqi aktlar portalında dərc olunub.
Sənəddə qərarın səbəbləri və məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.
Qərarın mətnində qeyd olunur:
"2026-cı il iyulun 1-dən etibarən Rusiya Federasiyasının dövlət sərhədinin ayrı-ayrı sahələrində şəxslərin, nəqliyyat vasitələrinin, malların və yüklərin dəmir yolu buraxılış məntəqələrindən hərəkəti müvəqqəti olaraq dayandırılsın".
Qərara əsasən aşağıdakı sərhəd məntəqələri bağlanır:
Rusiya-Finlandiya sahəsində: Vıborq (Leninqrad vilayəti), Vyartsilya və Lyuttya (Kareliya), Sankt-Peterburq-Finlyandski, Svetoqorsk (Leninqrad vilayəti);
Estoniya istiqamətində: Peçorı-Pskovskiye (Pskov vilayəti);
Latviya istiqamətində: Pıtalovo (Pskov vilayəti).
Rusiya Xarici İşlər Nazirliyinə qəbul edilmiş qərar barədə Finlandiya, Estoniya və Latviya rəsmilərinə müvafiq bildirişlərin göndərilməsi tapşırılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:51 / 01.07.2026
Rusiya Finlandiya, Estoniya və Latviya ilə sərhəddəki keçid məntəqələrini bağladı
Hazırda oxunan: Rusiya Finlandiya, Estoniya və Latviya ilə sərhəddəki keçid məntəqələrini bağladı
Hazırda oxunan: Rusiya Finlandiya, Estoniya və Latviya ilə sərhəddəki keçid məntəqələrini bağladı
622609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































