Hondurasın ən gözəl qızını öldürdülər ”“ FOTOLAR

Hazırda oxunan: Hondurasın ən gözəl qızını öldürdülər ”“ FOTOLAR

62197
Onun bacısı da güllələnib.

Polis 19 yaşlı “Miss Honduras”x9d Mariya Xose Alvarado, eləcə də onun 23 yaşlı bacısı Sofiya Trinidadın cəsədlərini aşkar edib.

Bu barədə BBC News xəbər verib. Cəsədlər Kablotales kəndində Aquan çayı sahilində tapılıb.

Polis bildirib ki, şübhəli bilinən şəxs saxlanılıb, hüquq-mühafizə orqanları onun avtomobilini və silahını müsadirə ediblər. The Christian Science Monitor-un informasiyasına görə qızlar güllələniblər. Qətlin motivləri aydın deyil.

Qızlar noyabr ayının 13-dən sonra itkin düşüblər. Son dəfə onları Santa-Barbarada keçirilən spa-şənlikdən sonra üç kişi ilə bərabər nömrəsiz maşına oturarkən görüblər. Onların itkin düşməsi ilə əlaqədar polis dörd nəfəri dindirib, onların arasında Sofinin sevgilisi və şənliyin keçirildiyi villanın sahibi də olub.  

Mariya Xose Alvarado 2014-cü ilin aprel ayında “Miss Honduras”x9d adına layiq görülüb. The Telegraph-ın yazdığına görə, noyabrın 19-da o, Londona digər 120 iştirakçı ilə bərabər dünyanın ən gözəl qadını titulu uğrunda mübarizə aparmaq üçün “Dünya gözəli”x9d müsabiqəsində iştirak etməyə yollanmalı idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin