İsrailin "El Al" aviaşirkəti yaxın günlərdə Təl-Əviv — Moskva marşrutu üzrə uçuşları müvəqqəti olaraq dayandıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Kan" dövlət teleradioşirkəti məlumat yayıb.
Aviaşirkət rəsmilərinin sözlərinə görə, bu qərar Rusiya və Ukrayna arasındakı hadisələrin gedişatı səbəbindən qəbul edilib. Hələlik söhbət reyslərin bir neçə günlük dayandırılmasından gedir.
Gələn həftə şirkət uçuşların bərpa edilib-edilməyəcəyini müəyyənləşdirmək üçün vəziyyəti yenidən qiymətləndirəcək.
Qeyd edək ki, iyunun 18-də Moskva son iki ilin ən böyük Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Həmin vaxt hava hücumundan müdafiə (HHM) qüvvələri paytaxt istiqamətinə uçan 190-dan çox dronu zərərsizləşdirə bilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:18 / 25.06.2026
İsrail aviaşirkəti Moskvaya uçuşları LƏĞV EDİR
Hazırda oxunan: İsrail aviaşirkəti Moskvaya uçuşları LƏĞV EDİR
Hazırda oxunan: İsrail aviaşirkəti Moskvaya uçuşları LƏĞV EDİR
621604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































