Qətərdə qaz emalı zavodunda partlayış: 13 nəfər həlak olub

Hazırda oxunan: Qətərdə qaz emalı zavodunda partlayış: 13 nəfər həlak olub

620852

Dohanın şimal-şərqində yerləşən Ras-Laffan sənaye zonasındakı zavodların birində baş verən partlayış zamanı 13 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Qətər Əmirliyinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, ölənlər Hindistan və Pakistan vətəndaşlarıdır.
 

Hadisə zamanı daha 66 nəfər yaralanıb. Hazırda xəstəxanada müalicə olunurlar. Yaralılar arasında Qətər, həmçinin Asiya və Afrika ölkələrinin vətəndaşları var.


İtkin düşən 18 nəfərin axtarışı üçün əməliyyatlar davam etdirilir.

"Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb ki, hadisə "Barzan" qaz emalı zavodunda istismar səhvi nəticəsində baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin