Sabiq mer dünya çempionatında bu FOTOLARI ilə sosial şəbəkələri alt-üst etdi

Hazırda oxunan: Sabiq mer dünya çempionatında bu FOTOLARI ilə sosial şəbəkələri alt-üst etdi

620790

Meksikalı keçmiş xanım məmur Dünya Çempionatında milli komandanın oyunları zamanı diqqət mərkəzinə düşüb. O, hətta azarkeşlərin intizarda saxlamamaq üçün rəsmi bəyanat verməli olub.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Meksikanın paytaxt dairəsi Kuautemokun keçmiş meri Sandra Kuevas Meksika millisinin ("El Tri") mundialdakı triumfal startından zövq alır.

Cənubi Afrika və Cənubi Koreya üzərində qazanılan inamlı qələbələrdən sonra ölkədə görünməmiş coşğu yaşanır. Lakin internet istifadəçilərinin diqqətini təkcə futbolçuların uğurları deyil, siyasətçinin komandanı dəstəkləməyə gələrkən geyindiyi olduqca cəsarətli libası da cəlb edib. Kuevasın şəkilləri qısa müddətdə virusa çevrildikdən sonra o, iri sinəsi ilə bağlı gedən qızğın müzakirələrə şəxsən cavab vermək məcburiyyətində qalıb.
 

"Yaxşı, uşaqlar, mən nə edə bilərəm? Onları kəsib ata bilmərəm ki... Mən bunu təhqir kimi qəbul etmirəm. Əlbəttə, buna qərəzli və ya alçaldıcı tonda yanaşanlar tapılacaq, amma bizim Meksika mentaliteti belədir", – deyə Kuevas bildirib.


Sosial şəbəkələrdə yayılan fotolarda 40 yaşlı Kuevas olduqca dərin dekolteli bəyaz top-maykada görüntülənib. Keçmiş mer Meksika millisinin vətənpərvərlik rəmzi olan yaşıl formasını (cersi) əyninə geyinməməyi üstün tutaraq, onu sadəcə belinə bağlayıb və günü digər coşğulu azarkeşlərin əhatəsində keçirib.

Qeyd edək ki, Sandra Kuevas 2021-ci ilin oktyabrından 2024-cü il her martınadək Mexikonun ən mühüm və sıx məskunlaşmış rayonlarından biri olan Kuautemoka rəhbərlik edib.

Hazırda isə media resurslarının məlumatına görə, Kuevas "Yeni Meksika" (Mexico Nuevo) siyasi hərəkatında koordinator vəzifəsini tutur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin