Gürcüstanın Axmeta bələdiyyəsinin Çaçxriala kəndində göl kənarında dəhşətli bədbəxt hadisə baş verib. Çimmək üçün gölə daxil olan yeniyetmə qəfildən burulğana düşüb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, oğlunun təhlükədə olduğunu görən ata dərhal özünü suya ataraq köməyə tələsib.
O, böyük fədakarlıq göstərərək oğlunu burulğandan çıxarmağı və onun həyatını xilas etməyi bacarıb. Lakin özü güclü su axınının və burulğanın təsirindən sudan çıxa bilməyərək boğulub.
Hadisə yerinə dərhal xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:54 / 14.06.2026
AİLƏ FACİƏSİ: Ata oğlunu xilas edərkən boğuldu
Hazırda oxunan: AİLƏ FACİƏSİ: Ata oğlunu xilas edərkən boğuldu
Hazırda oxunan: AİLƏ FACİƏSİ: Ata oğlunu xilas edərkən boğuldu
619255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































