Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Hazırda oxunan: Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

618788

Pentaqonda təhlükəli maddə sızıntısı ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib.

Bizim.Media xəbər verir ki, Pentaqonun Baş Sözçüsü Şon Parnell səhər tezdən əməkdaşlara potensial hava keyfiyyəti problemi barədə məlumat verildiyini, dərhal təhlükəsizlik tədbirləri və qiymətləndirmə aparıldığını açıqlayıb.

“Sonrakı sınaqlar heç bir təhlükənin olmadığını təsdiqlədi və normal əməliyyatlar bərpa olundu”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saatlarında Pentaqonda binanın içərisində təhlükəli maddələrlə bağlı insident baş verdiyi, işçilərin təliyə olunduğu barədə məlumat yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin