ABŞ ilə İsrail nə 12 günlük, nə də 40 günlük müharibədə İrana qalib gələ bildi.
Bizim.Media xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran vilayəti üzrə briqada generalı, "Məhəmməd Rəsulullah" korpusunun komandanı Sərdar Həsənzadə "Tasnim"ə müsahibəsində deyib.
"Düşmənlərimiz 12 günlük müharibədən əvvəl çox gurultulu bəyanatlar verirdilər, lakin döyüş meydanındakı reallıq fərqli idi", - o bildirib.
O əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın sözləri ziddiyyətlidir.
S. Həsənzadə bunu döyüş meydanındakı hazırkı mənzərə ilə izah edib:
"Bu gün dünya Hörmüz boğazı üzərindəki nəzarətdə silahlı qüvvələrin gücü və İran xalqının iradəsini görür".
Bizim.Media




































































































