İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bəyanatlarına cavab olaraq kəskin bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Kürdlərə qarşı soyqırım törədən, HƏMAS terror təşkilatını dəstəkləyən, öz xalqını sıxışdıran və siyasi rəqiblərini həbs edən antisemit diktator Ərdoğan İsrail Dövlətinə mənəviyyat dərsi keçəcək ən sonuncu şəxsdir", - deyə ofisin bəyanatında bildirilib.
Bəyanatda vurğulanıb ki, İsrail və onun ordusu Yaxın Şərq və bütün dünya üçün təhdid yaradan İrana və onunla əlaqəli qüvvələrə qarşı qətiyyətli addımlarını davam etdirəcək.
Xatırladaq ki, 10 iyunda Ərdoğan Netanyahu və "onun cinayətkar şəbəkəsinin" Suriya və Livana hücumları ilə vəziyyəti Türkiyə üçün təhlükəli hala gətirdiyini bildirib.
Bizim.Media




































































































