Zelenski Abramoviç vasitəsilə Moskvaya mesaj göndərdi: “Donbasdan imtina etməyəcəyik”

Hazırda oxunan: Zelenski Abramoviç vasitəsilə Moskvaya mesaj göndərdi: “Donbasdan imtina etməyəcəyik”

618194

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı oliqarx Roman Abramoviçlə görüşü zamanı rəsmi Kiyevin Donbas regionundan heç bir halda imtina etməyəcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, prezident bu barədə Böyük Britaniyanın məşhur "The Guardian" qəzetinə verdiyi müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, o, Abramoviçlə söhbəti zamanı Moskvanın tələblərinin əksinə olaraq, Ukraynanın Donbasdan imtina etməyəcəyini qəti şəkildə vurğulayıb.

Cəbhədəki cari vəziyyəti də şərh edən Ukrayna lideri Rusiyanın mövqelərinin zəiflədiyini qeyd edib:

"Biz Rusiyanın bu müharibədə məğlub olduğunu deyə bilmərik. Lakin onu deyə bilərik ki, onlar hər ötən gün, günbəgün təşəbbüsü əldən verirlər", — deyə Zelenski vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin