Böyük Britaniya Kralı III Çarlz Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
"Xalqımıza göstərdiyi dəyişməz dəstəyə görə Əlahəzrətə, xalqına və bütün Birləşmiş Krallığa təşəkkür edirəm", - deyə paylaşımda bildirilir.
Bundan əvvəl Böyük Britaniya, Fransa və Almaniya liderlərinin Zelenski ilə Britaniya Baş nazirinin Londondakı Dauninq-strit ünvanında yerləşən iqamətgahında apardıqları danışıqların bir saatdan çox çəkən müzakirədən sonra başa çatdığı xəbər verilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:21 / 08.06.2026
Böyük Britaniya Kralı Zelenski ilə görüşdü
Hazırda oxunan: Böyük Britaniya Kralı Zelenski ilə görüşdü
Hazırda oxunan: Böyük Britaniya Kralı Zelenski ilə görüşdü
618076
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































