İsrail Qəzza zolağı ilə sərhəd keçidlərini bağlayıb.
Bizim.Media “24KZ” nəşrinə istinadla xəbər verir ki, bu, anklava humanitar yardım çatdırılmasını dayandırıb. Sərhədlərin bağlanması barədə qərar İsrail Müdafiə Nazirliyi nəzdindəki Fələstin Ərazilərində Hökumət Fəaliyyətinin Əlaqələndirilməsi İdarəsinin (COGAT) bəyanatından sonra verilib.
Bazar günü qurum elan edib ki, İranın İsrail ərazisinə endirdiyi raket zərbələri səbəbindən Qəzza zolağı ilə sərhəddəki bütün nəzarət-buraxılış məntəqələri (NBM) növbəti bildirişə qədər tamamilə bağlanacaq.
“Fələstinlilərə Tibbi Yardım" (MAP) təşkilatının Fələstin filialının direktoru Fikr Şaltut qeyd edib ki, bu hərəkətlər "Fələstin xalqının kollektiv cəzalandırılması formasıdır və aclıqdan bir müharibə silahı kimi açıq-aşkar istifadə edilməsidir".
O vurğulayıb ki, bu növ addımlar qanunsuzdur və yeni insan tələfatına səbəb olacaq.
"Sözdə atəşkəs qüvvəyə mindiyi andan bəri minə yaxın fələstinli həlak olub. Lakin buraxılış məntəqələri tamamilə bloklanmazdan əvvəl də humanitar yardım anklava son dərəcə az miqdarda daxil olurdu və milyonlarla insanı sağ qalmaq mübarizəsi ilə aclıqdan ölüm həddində saxlayırdı", — deyə Şaltut bəyan edib.
Bizim.Media






































































































