İran ordusunun İsrailə qarşı hərbi əməliyyatları başa çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı bəyanat yayıb.
"Cənubi Livan və Dahiya bölgəsindəki qəddar sionist rejimin cinayətkar Amerikanın dəstəyi ilə həyata keçirdiyi təcavüz və şər əməllərindən sonra İran İslam Respublikasının güclü silahlı qüvvələri məzlum Livan xalqını dəstəkləyərək bu rejimə ağrılı cavab verdi. Bu saxta sionist rejimin və onun tərəfdarlarının dərs çıxarmalı olduğu bir cavab idi."
Bəyanatda həmçinin xəbərdarlıq edilib ki, İsrail İrana və Livanın cənubuna hücumlara davam etsə, İran Silahlı Qüvvələrinin cavabı daha şiddətli olacaq.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında sülh danışıqlarının getdiyini açıqlamışdı.
Xatırladaq ki, İran dünən gecə saatlarında Livana hücumlara cavab olaraq İsrailə ballistik raketlərlə hücum edib. İsrail isə bu hücuma cavab olaraq İranın bir sıra şəhərlərinə hava zərbələri endirib.
Bizim.Media






































































































