PUA Çernobıl zonasındakı nüvə yanacağı anbarına hücum etdi

Hazırda oxunan: PUA Çernobıl zonasındakı nüvə yanacağı anbarına hücum etdi

617732

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATƏ) Ukraynanın Çernobıl AES-in nüvə yanacağı anbarına gecə saatlarında pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat MAQATƏ-nin "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki rəsmi səhifəsində yer alıb.
 

Təşkilatın hesabatına görə, zərbə bilavasitə istifadə olunmuş yanacağın saxlanılması obyektinə dəyib. Hücum nəticəsində yanacağın qəbulu üçün nəzərdə tutulan köməkçi binanın fasadı və pəncərələri zədələnib. Hazırda dəymiş ziyanın dəqiq miqyası və təfərrüatları dəqiqləşdirilir.


MAQATƏ rəsmiləri hadisə ilə bağlı vəziyyəti diqqətlə izlədiklərini və insidentin fəsadlarına dair Ukrayna tərəfindən daimi olaraq məlumat aldıqlarını bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin