Roma Papası XIV Leo İspaniyaya reallaşdırdığı 6 günlük səfəri çərçivəsində qarşıdan gələn futbol üzrə dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat pontifikin təyyarəsində onu müşayiət edən mətbuat qrupunun tərkibində olan "La Repubblica" qəzetinin müxbiri yazıb.
Mədriddə jurnalistlərin "Real Madrid" yoxsa "Barselona" komandasına azarkeşlik etdiyi barədə sualına XIV Leo zarafatla belə cavab verib: "Roma Papası bütün komandalara azarkeşlik edir, lakin Prevost (pontiifikin dünyəvi soyadı – red.) — "Real Madrid" tərəfdarıdır".
Dünya çempionatında kimə dəstək olacağı barədə danışan ruhanı rəhbər, oyunların bir hissəsinin onun vətəni ABŞ-da (Kanada və Meksika ilə birlikdə) keçiriləcəyinə baxmayaraq, ABŞ millisi ilə Peru yığması arasında seçim etməli olsa, Peruya üstünlük verəcəyini bildirib.
Qeyd edək ki, Papalıq taxtına seçilməzdən əvvəl Robert Prevost uzun illər Peruda missioner kimi fəaliyyət göstərib, bu ölkənin vətəndaşlığına sahibdir və ispan dilini mükəmməl bilir.
Məlumata görə, o, Romada yaşadığı dövrdə yerli "Roma" klubunun da oyunlarını yaxından izləyib. Pontifik özü isə asudə vaxtlarında tennis və atçılıq idmanı ilə məşğul olur.
Bizim.Media




































































































