Amerikalı milyarder İlon Maskın atası, cənubi afrikalı sahibkar Errol Mask Rusiya mətbuatına müsahibəsində Nobel Sülh Mükafatına ən layiq namizədin ABŞ Prezidenti Donald Tramp olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində mükafatın kimə verilməsi ilə bağlı sualı cavablandıran Errol Mask qeyd edib:
"Donald Tramp sülh mükafatını almaq üçün, çox güman ki, ən yaxşı namizəddir... O, dünyada hər şeyin normal olması üçün əlindən gələni edən bir insandır".
O, həmçinin Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun ötən il bu mükafatı qazandıqdan sonra onu ABŞ Prezidentinə təqdim etdiyini xatırladıb:
"Sülh mükafatını sonuncu dəfə alan Venesueladan olan bir qadın idi və o, mükafatı dərhal Donald Trampa təhvil verdi. Bununla da hər şey deyilmiş olur".
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:26 / 06.06.2026
İlon Maskın atası: Nobel Sülh Mükafatı bu siyasətçiyə verilməlidir
Hazırda oxunan: İlon Maskın atası: Nobel Sülh Mükafatı bu siyasətçiyə verilməlidir
Hazırda oxunan: İlon Maskın atası: Nobel Sülh Mükafatı bu siyasətçiyə verilməlidir
617610
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































