Hollivud ulduzu Ceyson Momoa 1920-ci illərin kult yarış avtomobili "Bentley Blower"in 85% miqyasında kiçildilmiş unikal elektrikli nüsxəsini (Blower Jnr) satın alıb.
Bizim.Media xəbər verir ki, "Akvamen" və "Maynkraft" filmlərinin 193 sm boyu olan genişçiyinli ulduzu üçün bu mini-avtomobili idarə etmək əsl sınağa çevriləcək.
Çünki avtomobildə oturacaqlar bir-birinin arxasında (tandem) yerləşir və cəmi iki nəfərlik yer var. Böyük Britaniyanın "Hedley Studios" şirkəti tərəfindən Momoanın "HBO Max" platformasındakı "On The Roam" sənədli layihəsi üçün xüsusi olaraq hazırlanan bu eksklüziv elektromobilin qiyməti 130 000 funt-sterlinqdən (təxminən 280 000 AZN) baha qiymətləndirilir.
"Oyuncaq" statusuna baxmayaraq, maşın ABŞ, Böyük Britaniya və Aİ-də ümumi yollara çıxmaq üçün tam sertifikatlaşdırılıb.
Aktyor avtomobilin dizaynını öz istəyinə uyğun tam fərdiləşdirib:
Kuzov üçün xüsusi olaraq "Momoa Crimson" (tünd qırmızı) rəngi hazırlanıb;
Sükan panelində aktyorun vətəni Havay adalarına məxsus nadir "koa" ağacından istifadə olunub;
Radator barmaqlığına Momoanın babasının ləqəbinə ("El Diablo") işarə edən "666" rəqəmləri həkk olunub;
Sürət qutusu dəstəyi isə təmiz bürüncdən əllə yonulmuş kəllə sümüyü formasındadır və hazırlanmasına 100 saatdan çox vaxt sərf edilib.



Bizim.Media

- A-
- A
- A+
Dünya
16:40 / 06.06.2026
“Çox böyük adam” çox kiçik maşın aldı - FOTO
Hazırda oxunan: “Çox böyük adam” çox kiçik maşın aldı - FOTO
Hazırda oxunan: “Çox böyük adam” çox kiçik maşın aldı - FOTO
617567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































