Qırğızıstan ilk dəfə BMT TŞ-nin üzvü SEÇİLDİ

Hazırda oxunan: Qırğızıstan ilk dəfə BMT TŞ-nin üzvü SEÇİLDİ

617065

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Bizim.Media Rusiya KİV-nə istinadla xəbər verir ki, Baş Assambleya ölkənin 2027-2028-ci illər üçün Təhlükəsizlik Şurasının tərkibinə daxil edilməsinə səs verib.

Dörd raunddan sonuncusunda 142 ölkə Qırğızıstana səs verib, Filippin isə cəmi 49 səs toplayıb.
 

2027-ci il yanvarın 1-dən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da qeyri-daimi üzvlər kimi Təhlükəsizlik Şurasına daxil olacaq.


Onlar şurada səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatan Yunanıstan, Danimarka, Pakistan, Panama və Somalini əvəz edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin