Lüks geyim brendləri BÖHRANDA - Bütün ümidləri bir ölkəyə bağlıdır

Hazırda oxunan: Lüks geyim brendləri BÖHRANDA - Bütün ümidləri bir ölkəyə bağlıdır

616873

Avropanın lüks geyim və zinət əşyaları brendləri diqqəti kəskin şəkildə ABŞ bazarına yönəldiblər.

Bizim.Media xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, moda evləri süni intellekt (İİ) bumu sayəsində sərvətlərini sürətlə artıran yeni amerikalı milyarderləri cəlb etməklə qlobal tənəzzülü kompensasiya etməyə çalışırlar.

Fevralın sonunda başlayan İran müharibəsi qlobal turizm və lüks xərclərinə ağır zərbə vurub.

Çində davam edən daşınmaz əmlak böhranı fonunda brendlər tamamilə ABŞ bazarına bel bağlayıblar.

"Savills" agentliyinin hesabatına görə, Şimali Amerika yeni lüks butiklərin açılış sayına görə tarixdə ilk dəfə Avropa və Çini qabaqlayaraq dünya üzrə 27% payla 1-ci yerə yüksəlib.
 

"Dior", "Gucci", "Hermes" və "Moncler" kimi nəhənglər təkcə Nyu-York və Los-Ancelesdə deyil, vergilərin aşağı olduğu Texas, Arizona və Kaliforniyanın digər zəngin bölgələrində iri flaqman mağazaları açırlar.


"Cartier" brendinin sahibi olan "Richemont" qrupunun Amerikadakı satışları ilin ilk rübündə 18% artıb. Yerli ABŞ brendləri ("Ralph Lauren" və "Tapestry") də Avropa rəqiblərini qabaqlayır.

Ekspertlər bildirirlər ki, texnologiya şirkətlərinin gözlənilən yeni İPO-ları ABŞ-dakı lüks xərclərini daha da artıracaq. Bununla belə, qlobal sənayenin tam bərpası üçün Çin bazarının da özünə gəlməsi şərtdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin