Tolik “Space” TV-yə mesaj göndərdi: “Heç nə orada qala bilməz”

Hazırda oxunan: Tolik “Space” TV-yə mesaj göndərdi: “Heç nə orada qala bilməz”

616841

Tarix Əliyev (Tolik) “Space” TV-dən ayrılan həmkarı Könül Muxtarova ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, sosial media hesabında Muxtarovanın çıxışını paylaşaraq yazıb:
 

“Sən “Space” telekanalına mənə görə gəlmişdin və mən də sənə görə studiyada olan hər şeyi orada saxlamışdım. Sən orada yoxsansa, o studiyada olan kreslolarım, güllərim və barabanıma qədər heç nə orada qala bilməz”.


Qeyd edək ki, teleaparıcı K.Muxtarova “Space” TV-də “Sevilən səhər” verilişinə aparıcılıq edirdi.

O, açıqlama verərək 3 aydır maaşını ala bilmədiyinə görə kanal ilə yollarını ayırdığını bildirib. Ondan əvvəl isə həmin studiyada Tarix Əliyevin təqdimatında “Tarixin bir günü” verilişi yayımlanırdı. (yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin