1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək

Hazırda oxunan: 1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək

616820

Avropanın ən uzun dayanacaqsız qatar xətlərindən biri açılır. 1300 kilometrdən çox uzunluğu olan xəttin biletləri 10 avrodan başlayaraq satışa çıxarılacaq.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, Praqada yerləşən özəl beynəlxalq qatar və avtobus operatoru olan Leo Express Mərkəzi və Şərqi Avropanı birləşdirən nəhəng dəmir yolu layihəsinə başlayır.

Şirkət 25 iyun tarixindən etibarən Almaniya, Çexiya və Polşanın əsas şəhər mərkəzlərini Ukrayna sərhədinə qədər dayanacaqsız xətt ilə birləşdirən yeni qatar xidmətlərini istifadəyə verəcəyini açıqlayıb.

Ukrayna sərhədindəki Polşa şəhəri olan Pşemışldən yola düşən qatar Krakov, Ostrava, Praqa, Drezden, Leypsiq və Erfurtdan keçərək Frankfurt-Mayn şəhər mərkəzinə və Frankfurt hava limanına çatacaq.

Hər istiqamətdə gündə bir qatar xidməti ilə planlaşdırılan bu xətt sərnişinlərə Avropanın bir ucundan digər ucuna tək bir qatarla səyahət etməyə imkan verəcək.
 

Leo Express şirkətinin baş direktoru Peter Köler yeni xətt haqqında şərh verərək layihənin simvolik və strateji əhəmiyyətini vurğuladı. Köler bildirib ki, yeni xətt ilə Qərbi və Şərqi Avropa arasındakı dəmir pərdələri aradan qaldırırıq, mühüm Avropa mərkəzlərini birləşdirir və Ukraynaya çıxış təmin edirik".


Bu yay mövsümündə fəaliyyətə başlayacaq bu müasir uzun məsafəli qatarlar rahatlığa üstünlük verir. Sərnişinlər səyahətləri boyunca pulsuz Wi-Fi, cihazlar üçün doldurma stansiyaları, geniş çeşiddə yemək və içkilər və fasiləsiz kondisioner kimi standart imkanlardan yararlanacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin