ABŞ və İran arasında aparılan danışıqlar üzrə anlaşma memorandumu gələn həftə yekunlaşdırıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “ABC News” telekanalına müsahibədə sənədin nə vaxt razılaşdırılacağı ilə bağlı suala cavabında deyib.
“Düşünürəm ki, söhbət gələn həftədən gedir”, – deyə o bildirib.
ABŞ lideri əlavə edib ki, sənədin əvvəlki variantını qəbul etməyib.
Bizim.Media






































































































