Ukrayna səhvən Finlandiya istiqamətinə zərbə pilotsuz uçuş aparatları (PUA) göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə "Helsingin Sanomat" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Kiyev rəhbərliyi partlayıcı maddələrlə yüklənmiş dronların təsadüfən Finlandiya hava məkanına doğru yönəldiyi barədə Helsinki tərəfini özü məlumatlandırıb.
Hadisə ilə əlaqədar Finlandiya Daxili İşlər Nazirliyi potensial hava hücumu təhlükəsi səbəbindən Uusimaa bölgəsinin sakinlərinə təcili olaraq qapalı məkanlara sığınmağı tövsiyə edib. Bu xəbərdarlıq təxminən 1,8 milyon insana şamil olunub və nəticədə hava əlaqəsi müvəqqəti olaraq dayandırılıb.
Qəzet vurğulayır ki, zərbə dronları adətən hədəfin koordinatlarına proqramlaşdırılır, lakin sistemdə nasazlıqlar baş verə bilər. Buna baxmayaraq, yazıda qeyd olunub ki, pilotsuz təyyarələr Finlandiya hava məkanının sərhədini keçməyib.
Bizim.Media


































































































