Fransa Bofor qalasının ələ keçirməsi ilə bağlı BMT TŞ-nin təcili iclasını tələb etdi

Hazırda oxunan: Fransa Bofor qalasının ələ keçirməsi ilə bağlı BMT TŞ-nin təcili iclasını tələb etdi

616383

Fransa, İsrail qüvvələrinin Livanın cənubundakı fəaliyyətləri, o cümlədən orta əsrlərə aid tarixi Bofor qalasını ələ keçirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jan-Noel Barro "BFMTV" telekanalına müsahibəsində bəyan edib.

Nazirin sözlərinə görə, Paris İsrailin özünümüdafiə hüququnu tanısa da, Livan ərazisində hərbi əməliyyatların daha da genişləndirilməsini yolverilməz hesab edir. "Mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etdim.
 

Çünki biz İsrailin, eləcə də hər hansı digər ölkənin özünümüdafiə hüququnu tanısaq da, heç bir amil İsrailin Livandakı hərbi əməliyyatlarını davam etdirməsinə və Livan ərazisini getdikcə daha dərindən işğal etməsinə bəraət qazandıra bilməz", — deyə Barro bildirib.

Bu bəyanatın verilməsinə səbəb İsrail qüvvələrinin Livanın cənubundakı strateji yüksəklikdə yerləşən Bofor qalasını və ətraf rayonu nəzarətə götürməsi barədə məlumatlar olub.

Fransa tərəfi baş verənləri vəziyyətin daha da gərginləşməsi və regionda sabitliyin pozulması kimi qiymətləndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin