Avropanın ən yaxşı çimərliklərinin siyahısı açıqlanıb.
Bizim.Media xəbər verir ki, ilkin seçimlərdən sonra Portuqaliyadakı Monte Clerigo çimərliyi beynəlxalq səyahətçilərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilən siyahıya başçılıq edir.
İkinci yerdə Yunanıstanın Antipaksos adasındakı Voutoumi çimərliyi qərarlaşıb. Kefaloniyadakı Fteri çimərliyi reytinqdə üçüncü yeri alıb.
Dördüncü yerdə Kritin cənub-qərb ucunda yerləşən məşhur Elafonisi çimərliyidir.
İtaliyanın şimal-qərbindəki Bogliasco çimərliyi beşinci, İspaniyanın Mayorka şəhərindəki Cala Mesquida isə altıncı yerdə qərarlaşıb.
Norveçdən olan Kvalvika çimərliyi siyahıda yeddinci, Yunanıstanın Korfu adasındakı Rovinia çimərliyi isə səkkizinci yerdədir.
Siyahıda doqquzuncu yerdə Antalyanın Kaş rayonundakı məşhur Kaputaş çimərliyi, onuncu yerdə isə Korfu adasında yerləşən Paleokastritsa çimərliyi yer alıb.





Bizim.Media

- A-
- A
- A+
Dünya
16:36 / 31.05.2026
Avropanın ən yaxşı çimərlikləri açıqlandı - FOTO
Hazırda oxunan: Avropanın ən yaxşı çimərlikləri açıqlandı - FOTO
Hazırda oxunan: Avropanın ən yaxşı çimərlikləri açıqlandı - FOTO
616364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































