Rusiyanın Rumıniyanın Konstanta şəhərindəki konsulluğu bağlanacaq.
Bizim.Media Rumıniya KİV-ə istinadla xəbər verir ki, bunu ölkə prezidenti Nikusor Dan deyib.
O, rusiyalı konsulun “arzuolunmaz şəxs” elan edildiyini diqqətə çatdırıb.
Dan Rusiyanın Rumıniya ərazisinə dron hücumunu şərh edərkən bildirib ki, insidentlə bağlı bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Onun sözlərinə görə, hücumda istifadə olunan Rusiyanın “Geran-2” tipli dronu olub.
“Biz trayektoriyanı da, onun Ukraynada haradan keçdiyini də, Rumıniyaya haradan daxil olduğunu da bilirik. Bu dron Rusiyanın 43 drondan ibarət hücum dəstəsinin bir hissəsi idi və onlardan sadəcə biri Rumıniya ərazisinə çatıb”, - prezident bildirib.
Xatırladaq ki, mayın 28-dən 29-na keçən gecə Rumıniyanın Qalaç şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı çoxmənzilli yaşayış binasının damına çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb, bina sakinləri təxliyə edilib.
Bizim.Media







































































































