Livanda ölənlərin sayı artır – Rəqəmlər

Hazırda oxunan: Livanda ölənlərin sayı artır – Rəqəmlər

615806

Son 24 saat ərzində İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində ən azı 56 livanlı həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
 

"Son 24 saat ərzində İsrailin ölkənin cənub və şərq bölgələrinə endirdiyi hava zərbələri nəticəsində ən azı 56 livanlı həlak olub. Daha 103 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib. Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan vətəndaşların ümumi sayı 3269-a, yaralıların sayı isə 9840-a çatıb" - məlumatda qeyd olunur.


Xilasetmə qrupları intensiv bombardmanlara məruz qalan cənubdakı Nəbatiyə əyalətində və Bekaa vadisindəki kəndlərdə dağıntıları təmizləməyə davam edir.

Səhiyyə Nazirliyi günün sonuna qədər itki və yaralıların sayının arta biləcəyini qeyd edib. (teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin