Çexiya hökuməti ukraynalı qaçqınlar üçün qaydaları SƏRTLƏŞDİRİR

Hazırda oxunan: Çexiya hökuməti ukraynalı qaçqınlar üçün qaydaları SƏRTLƏŞDİRİR

615395

Çexiya hökuməti ukraynalı qaçqınların ölkədə qalma və maliyyə yardımı qaydalarını sərtləşdirən qanun düzəlişini təsdiqləyib.

Bizim.Media "Reuters"ə istinadla xəbər verir ki, rəsmi qurumlar bu addımın yardımlardan sui-istifadə hallarına və cəmiyyətdə qaçqınların yerli sakinlərlə müqayisədə üstünlüklərə sahib olması barədə yaranmış rəyə cavab olaraq atıldığını bildiriblər.
 

Daxili işlər naziri Lyubomir Metnar mətbuat konfransında qeyd edib ki, mart ayına olan məlumata görə, 10 milyondan bir qədər çox əhalisi olan ölkə 385 000 ukraynalı qaçqını qəbul edib. Avropa İttifaqı (Aİ) daha əvvəl bəyan etmişdi ki, Çexiya adambaşına düşən ukraynalı qaçqın sayına görə ittifaqda birinci yerdədir.


Çex nazir bildirib ki, hökumət ölkədə daimi yaşamayan şəxsləri proqramdan kənarlaşdırmaq üçün humanitar yardım və yaşayış icazələrinin verilməsi qaydalarını sərtləşdirməyə çalışır.

Onun sözlərinə görə, bu, həm yardımın özündən, həm də qaçqın statusundan sui-istifadə hallarının qarşısını almağa imkan verəcək.

Sözügedən qanun layihələri hələ parlament tərəfindən təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin