Tramp: Yekun saziş Tehranı nüvə proqramını tamamilə çıxaracaq

Hazırda oxunan: Tramp: Yekun saziş Tehranı nüvə proqramını tamamilə çıxaracaq

615140

ABŞ Prezidenti Donald Tramp ötən gecə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi telefon danışığında əmin edib ki, İranla bağlanacaq yekun saziş Tehranı nüvə proqramını tamamilə çıxaracaq.

Bizim.Media xəbər verir ki, bu barədə The Times of Israel (TOI) qəzeti İsrail rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Tramp danışıqlar zamanı öz qəti mövqeyini ortaya qoyub:

"Prezident Tramp aydın şəkildə izah edib ki, o, İranın nüvə proqramının dayandırılması və bütün zənginləşdirilmiş uranın İrandan çıxarılması ilə bağlı uzunmüddətli tələbi barədə danışıqlarda qətiyyətli mövqe nümayiş etdirəcək. O, bu şərtlər yerinə yetirilmədən yekun sazişi imzalamayacağını vurğulayıb".

Rəsmi Vaşinqton Hörmüz boğazının yenidən gəmilərin hərəkəti üçün açılması və hələ də mübahisəli olaraq qalan məsələlər üzrə yekun saziş üzrə danışıqların başlanmasını nəzərdə tutan "qarşılıqlı anlaşma memorandumu" barədə İsrail tərəfini mütəmadi məlumatlandırır. Mənbə əlavə edib ki, Netanyahu İsrailin təhlükəsizliyinə göstərdiyi "müstəsna sadiqliyinə" görə Trampa təşəkkürünü bildirib.

Digər tərəfdən, Netanyahu Trampa İsrailin bütün cəbhələrdə gələn təhdidlərə qarşı müstəqil addım atmaq hüququnu saxlayacağını bəyan edib:

"Baş nazir vurğulayıb ki, İsrail Livan da daxil olmaqla, bütün arenalarda təhdidlərə qarşı öz fəaliyyət azadlığını qoruyub saxlayacaq. Prezident Tramp isə bu prinsipi dəstəklədiyini bir daha təsdiqləyib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin