Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini: “İran rejiminə son zərbəni Təbriz vuracaq”

Hazırda oxunan: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini: “İran rejiminə son zərbəni Təbriz vuracaq”

614924
“İran rejiminə son zərbəni Təbriz vuracaq”.
 
“Guney AZfront” xəbər verir ki, bunu Şərqi Azərbaycan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi deyib.
 
Onun sözlərinə görə, İranın Azərbaycana qarşı qeyri-səmimi mövqeyi, təhdidləri Güney Azərbaycanda narazılıqla qarşılaşıb.
 
S.Yusifi İran hökumətinin Azərbaycanla Ermənistan arasında olan məsələlərə müdaxiləsini pisləyib və bunun nəticələri barədə xəbərdarlıq edib:
 
“İran hökuməti daxili böhrandan canını qurtarmaq üçün Azərbaycanla Ermənistan arasında olan ixtilaflardan istifadə etməyə çalışır. Amma Tehran hökumətinin Qarabağ məsələsinə müdaxiləsi İslam Respublikasının devrilməsi ilə nəticələnə bilər”. /Report/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin