Rusiya Ermənistandan daha bir məhsulun idxalını DAYANDIRDI

Hazırda oxunan: Rusiya Ermənistandan daha bir məhsulun idxalını DAYANDIRDI

614879

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) Rusiya Federasiyası ərazisində "Cermuk" sularının bütün partiyalarının idxalının və dövriyyəsinin müvəqqəti dayandırılması barədə sanitar tədbir tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" qurumun məlumatına istinadən xəbər verir.

"Rospotrebnadzor" Rusiyada "Cermuk" mineral sularının bütün partiyalarının idxalı və dövriyyəsinin müvəqqəti dayandırılmasına dair sanitar tədbir tətbiq edib. Sözügedən məhsul markalanmada qeyd olunan məlumatlara uyğun gəlmir... Məhsulun müalicəvi xüsusiyyətləri ilə bağlı istehlakçıların çaşdırılması qeyri-effektiv müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər", - deyə qurumun bəyanatında bildirilir.

"Rospotrebnadzor" həmçinin Avrasiya İqtisadi Komissiyasına və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin səlahiyyətli orqanlarına da müvafiq bildirişlər göndərib.

Qeyd edək ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan gül idxalını müvəqqəti olaraq məhdudlaşdırıb. Bu tədbirlər yoxlamalar başa çatana və nəticələr təhlil edilənə qədər qüvvədə qalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin