İranda şok təklif: "Tramp öldürülənə qədər Hörmüz boğazı bağlansın"

Hazırda oxunan: İranda şok təklif: "Tramp öldürülənə qədər Hörmüz boğazı bağlansın"

614548

İranın mühafizəkar xətti ilə tanınan "Kayhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmadari ölkə parlamenti (Məclis) qarşısında radikal bir təkliflə çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Iran International" telekanalı məlumat yayıb.

Şəriətmadari parlamentə çağırış edərək, ABŞ gəmiləri və onların müttəfiqləri üçün Hörmüz boğazının qapadılmasını nəzərdə tutan xüsusi qanunun qəbul edilməsini istəyib. O, bu blokadanın müddətini isə konkret şərtə bağlayıb: "Donald Tramp öldürülənə qədər".

Bununla da kifayətlənməyən baş redaktor, heç bir istisna edilmədən boğazdan keçən bütün xarici ticarət və yük gəmiləri üçün xüsusi tranzit rüsumunun (keçid haqqı) tətbiq olunmasını təklif edib.

Eyni zamanda, İranın Ali Rəhbərinin nümayəndəsi qismində çıxış edən Şəriətmadari daha bir sərt bəndin qanunvericiliyə salınmasını tələb edib. O bildirib ki, İsrailə məxsus olan və ya bu ölkə üçün neft, yaxud digər kommersiya malları daşıyan bütün gəmilər müsadirə edilməlidir. Baş redaktor bu sanksiyanın müddəti kimi isə "İsrail dünya xəritəsindən tamamilə silinənə qədər" ifadəsini işlədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin