Rusiya XİN: Avropa bunun üçün Ermənistandan İSTİFADƏ EDİR

Hazırda oxunan: Rusiya XİN: Avropa bunun üçün Ermənistandan İSTİFADƏ EDİR

614466

Moskva Ermənistan rəhbərliyində Qərbin siyasəti ilə bağlı Rusiyanın xəbərdarlıqlarını nəzərə almaq hazırlığı görmür.

Bizim.Media xəbər verir ki, bu açıqlamanı Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin verib.

O, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının xüsusi işçi qrupunun iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya hesab edir ki, Avropa İttifaqı da daxil olmaqla Qərbin əsas məqsədlərindən biri Ermənistandan Rusiya ilə qarşıdurmada istifadə etməkdir.
 

"Biz hiss edirik ki, Ermənistan tərəfi, Ermənistan rəhbərliyi bizim xəbərdarlıqlarımıza qulaq asmaq niyyəti nümayiş etdirmir. Biz onlara xəbərdarlıq edirik ki, Rusiyaya qarşı açıq şəkildə düşmənçilik siyasəti yürüdən Qərbin, o cümlədən Avropa İttifaqının əsl məqsədi Ermənistandan Rusiyaya qarşı istifadə etməkdir", — deyə Qaluzin vurğulayıb.


O əlavə edib ki, Moskvanın qiymətləndirməsinə görə, Qərbin bu cür siyasəti əbəs və perspektivsizdir və Rusiyaya strateji məğlubiyyət yetirmək cəhdinə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin