Ceki Çan Azərbaycana gəlir

Hazırda oxunan: Ceki Çan Azərbaycana gəlir

613089

Ceki Çanın baş rolda çəkildiyi “Tanrının Zirehi 4: Ultimatum” filminin çəkilişləri Qazaxıstan və Azərbaycanda aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Variety məlumat yayıb.

Məlumata görə, çəkilişlər 2026-cı ilin iyul ayında başlayacaq, filmin dünya premyerası isə 2027-ci ilin ikinci rübünə planlaşdırılır. Layihənin rejissoru “Gecə Növbəsi”, “Xüsusilə Təhlükəli” və “Mayor Qrom” ekran işləri ilə tanınan Robert Kun olacaq.
 

Filmin yeni hissəsində Ceki Çanın canlandırdığı “Asiya Şahini” ləqəbli qəhrəman macəralarını davam etdirəcək. Süjetə əsasən, o, 20 milyon dollardan çox mükafat qoyulan qədim “Tumar” artefaktı uğrunda təhlükəli mübarizəyə qoşulur.


Layihə “Salem Entertainment” tərəfindən, “Astana” Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçmiş Alem Fundun dəstəyi ilə həyata keçirilir.

Prodüser İqor Tsay Ceki Çanla bağlı franşizanın çəkilişlərini Mərkəzi Asiya kino sənayesi üçün tarixi hadisə adlandırıb.

Ceki Çan isə bunun qazaxıstanlı tərəfdaşlarla ilk layihəsi olduğunu, lakin sonuncu olmayacağını bildirib: “Mən əvvəllər orada heç vaxt çəkiliş etməmişəm və bu, çoxlu yeni vizual və yaradıcı ideyalar açır”.

Qeyd edək ki, daha əvvəl “Tanrının Zirehi” filminin bəzi səhnələrinin Özbəkistanda çəkilməsi ehtimalı da müzakirə olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin