Latviyanın Baş naziri Ukrayna dronlarına görə İSTEFA VERDİ

Hazırda oxunan: Latviyanın Baş naziri Ukrayna dronlarına görə İSTEFA VERDİ

613088

Latviyanın Baş naziri Evika Silina istefa verib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, Baş nazirin istefasına səbəb Ukraynanın pilotsuz uçuş aparatları ilə bağlı insidentlər fonunda yaranan siyasi böhran olub.

Belə ki, Latviyada hakim koalisiyada yaranan gərginlik xüsusilə Latqale bölgəsində dron hadisələrindən sonra kəskinləşib. Koalisiyaya daxil olan “Proqressivlər” partiyası prezidentə yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrə başlamaq çağırışı edib.

Partiya bəyan edib ki, hazırkı Nazirlər Kabineti fəaliyyət qabiliyyətini itirib və vəziyyətdən çıxış yolu ya baş nazirin istefası, ya da parlamentdə hökumətə etimad səsverməsinin keçirilməsidir.

Qeyd edək ki, son bir ayda Ukrayna Rusiyanın şimalındakı limanlara və neft obyektlərinə, o cümlədən Leninqrad vilayətindəki hədəflərə zərbələri artırıb.

Latviya, Litva, Estoniya və Finlandiya isə dəfələrlə Ukrayna dronlarının Rusiya sərhədinə yaxın rayonlarda onların hava məkanına daxil olduğunu açıqlayıblar.

Bir neçə gün əvvəl isə Latviyanın müdafiə naziri Andris Spruds istefa verib. Buna səbəb kimi ordunun Latqale bölgəsində dronların neft bazası ərazisinə düşməsinin qarşısını ala bilməməsi göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin