Çin İrana silahları bu ölkələr vasitəsilə göndərib – SENSASİON İDDİA

Hazırda oxunan: Çin İrana silahları bu ölkələr vasitəsilə göndərib – SENSASİON İDDİA

613059

“Çin şirkətləri silah tədarükünün mənşəyini gizlətmək məqsədilə İrana üçüncü ölkələr, o cümlədən Afrika üzərindən silah göndərilməsi ilə bağlı gizli danışıqlar aparıblar”.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ kəşfiyyatında bu tədarüklərin real şəkildə həyata keçirilib-keçirilmədiyi barədə vahid mövqe yoxdur. Həmçinin Çin rəhbərliyinin sözügedən prosesdə iştirak səviyyəsinin də aydın olmadığı bildirilir.

Qeyd edək ki, məlumatlar Donald Trumpın Pekinə səfəri fonunda yayılıb və bu, Vaşinqton administrasiyasına İran məsələsini danışıqlarda gündəmə gətirməsi üçün əlavə təzyiq yaradır.

Bununla yanaşı, fevral ayında başlayan hərbi qarşıdurmadan indiyədək ABŞ və ya İsrail qüvvələrinə qarşı Çin silahlarından istifadə faktının qeydə alınmadığı vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin