“Yanacağımız tamamilə tükənib”

Hazırda oxunan: “Yanacağımız tamamilə tükənib”

613047

“Kubada yanacaq ehtiyatları tam tükənib. Bu vəziyyət ölkə üzrə uzunmüddətli elektrik kəsintilərinin əsas səbəbidir”.

Bizim.Media xəbər verir ki, bu barədə “Mesa Redonda” proqramının efirində Vicente de la O Levi məlumat verib.

Nazir bildirib ki, ölkədə mazut və dizel yanacağı qalmayıb.

“Əlimizdə yalnız yataqlarımızdan əldə olunan səmt qazı və hasilatı artan yerli neft var”, – deyə o əlavə edib. Nazirin sözlərinə görə, Kuba dekabr ayından bəri yanacaq tədarükü almayıb.
 

Yalnız dörd ay sonra Rusiya tərəfindən təxminən 100 min ton neft hədiyyə edilib. Bu ehtiyat elektrik kəsintilərini müvəqqəti azaltmağa imkan versə də, may ayının əvvəlində tam istifadə olunub.


Vicente de la O Levi qeyd edib ki, hökumət hazırda yerli neft və qaz hasilatının artırılmasına, həmçinin günəş enerjisi və enerji toplama sistemlərinin genişləndirilməsinə üstünlük verir.

Xatırladaq ki, yanvar ayında Donald Tramp Kubanı neftlə təmin edən ölkələrdən idxala rüsum tətbiq edilməsinə imkan verən sərəncam imzalayıb.

ABŞ rəhbərliyi həmçinin Kubadan qaynaqlandığı iddia edilən milli təhlükəsizlik təhdidi ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin