“Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

Hazırda oxunan: “Netflix” komediya şousundan Melaniya Trampla bağlı kobud zarafatı çıxartdı

612859

“Netflix” platformasında yayımlanan “The Roast of Kevin Hart” komediya şousu sərt və provokativ zarafatları ilə müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, buna baxmayaraq, prodüserlər bəzi zarafatları final versiyasına daxil etməyiblər.

“Variety”nin məlumatına görə, şounun ssenaristlərindən Medison Sinkler yayıma düşməyən bir neçə replikanı açıqlayıb.

Ən çox müzakirə olunan kəsilmiş zarafatlardan biri ABŞ-ın birinci xanımı Melaniya Trampa aid olub.

Zarafat komik Toni Hinçkliffə ünvanlanıb. O, 2024-cü ildə Donald Trampın siyasi mitinqində çıxışı zamanı Puerto-Rikonu təhqiramiz şəkildə “zibil”lə müqayisə etməsi ilə qalmaqal yaratmışdı.

Kəsilən replikada deyilirdi:

“Toni Melaniyaya bənzəyir: onu əhəmiyyətli edən yeganə şey bir dəfə Trampın çıxışını açmasıdır”.

Bu zarafatın niyə çıxarıldığı rəsmi şəkildə izah olunmayıb. Lakin qərarın prezident ailəsi ilə bağlı ictimai ifadələrə həssaslığın artması fonunda verildiyi ehtimal edilir.
 

Məsələ Cimmi Kimmel ətrafında yaşanan son qalmaqaldan sonra daha diqqətçəkən görünür. Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışmadan əvvəl Kimmel satirik monoloqunda Melaniyanın “gələcək dul qadın” kimi göründüyünü demişdi.


Həmin fraqment yenidən sosial şəbəkələrdə yayıldıqdan sonra birinci xanım “Disney” və “ABC”dən aparıcıya qarşı tədbir görülməsini tələb edib.

Donald Tramp da Kimmelin çıxışını sərt tənqid edərək onu “iyrənc” adlandırıb və komikin dərhal işdən çıxarılmasına çağırıb.

Daha sonra “Jimmy Kimmel Live!” verilişi müvəqqəti efirdən çıxarılıb. Bu isə söz azadlığı, siyasi təzyiq və satiranın sərhədləri ilə bağlı geniş müzakirələrə səbəb olub.

Bu gərgin atmosfer fonunda “Netflix”in Melaniya Trampla bağlı potensial qalmaqallı zarafatı çıxarması təsadüfi deyil, daha çox praqmatik addım kimi qiymətləndirilir.

Şoudan yalnız birinci xanımla bağlı replika deyil, Lizzo-nun çəkisi, #MeToo hərəkatı və Kevin Hartın Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən Ər-Riyad komediya festivalındakı çıxışı ilə bağlı digər sərt zarafatlar da çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin