İsrailin Baş naziri Benjamin Netanyahu İranla müharibənin hələ başa çatmadığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb.
Netanyahu deyib ki, əməliyyatlar nəticəsində böyük uğurlar əldə olunsa da, qarşıda hələ görüləsi işlər qalır:
“Düşünürəm ki, çox şeyə nail olmuşuq, amma müharibə hələ bitməyib. Çünki İranda hələ də çıxarılmalı olan nüvə materialları və zənginləşdirilmiş uran qalır. Həmçinin sıradan çıxarılmalı zənginləşdirmə obyektləri mövcuddur. İranın dəstəklədiyi proksi qüvvələr, eləcə də istehsal etmək istədikləri ballistik raketlər qalır. Biz onların imkanlarını ciddi şəkildə zəiflətmişik, amma görüləsi işlər hələ çoxdur”.
İsrail baş naziri zənginləşdirilmiş uranın İrandan necə çıxarılmalı olması ilə bağlı suala cavabında bildirib ki, “ora daxil olub onu götürmək lazımdır”.
ABŞ və İsrailin bunun üçün hərbi gücdən istifadə edib-etməyəcəyi ilə bağlı suala isə Netanyahu konkret cavab verməyib və hərbi imkanları müzakirə etmək istəmədiyini deyib.
Onun sözlərinə görə, uranın çıxarılması razılaşmalar yolu ilə də mümkün ola bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:55 / 10.05.2026
Zənginləşdirilmiş uran İrandan necə çıxarılmalıdır? - Netanyahu yolunu açıqladı
Hazırda oxunan: Zənginləşdirilmiş uran İrandan necə çıxarılmalıdır? - Netanyahu yolunu açıqladı
Hazırda oxunan: Zənginləşdirilmiş uran İrandan necə çıxarılmalıdır? - Netanyahu yolunu açıqladı
612346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































