ABŞ-da Pentaqonun və Federal Təhqiqatlar Bürosunun məxfilikdən çıxarılan arxivlər üzə çıxıb. Həmin materiallarda əsasən naməlum uçan obyektlərdən (NUO) söz açılır.
Bizim.Media xəbər verir ki, “New York Post”un yazdığına görə, arxivlərdə 1966-cı ilə aid daxili sənəd aşkarlanıb.
19 oktyabr 1966-cı il tarixli “Naməlum uçan obyektlər” adlı sənəddə şahidlərin NUO-larla bağlı ifadələri toplanıb. Materialda xüsusilə 1965-ci ildə bu cür müşahidələrin artdığı qeyd olunur.
Ən qeyri-adi ifadələrdən birində şahidlərin naməlum aparatların ekipajını gördüyü iddia edilir. Həmin varlıqların boyunun təxminən 1-1,2 metr olduğu, “skafandr və kosmik dəbilqəyə bənzər geyimlər” geyindikləri bildirilib.
Sənəddə Frenk Edvardsın “Flying Saucers – Serious Business” kitabına da istinad olunur. Müəllif həmin dövrdə “uçan boşqabların” uydurma deyil, real obyektlər ola biləcəyini irəli sürürdü.
Materialda ABŞ Hərbi Hava Qüvvələrinin ictimai panikadan ehtiyat edərək bu hadisələrə dair məlumatları gizlətdiyi də iddia olunur.
Şahid ifadələrinə əsasən, NUO-lar “cilalanmış metal obyektlər” kimi təsvir edilib. Onların güclü istilik və işıq saçdığı, yaxınlıqda olan insanlarda yanıq izləri yaratdığı da qeyd olunub.
Bəzi məlumatlarda obyektlərin rəng dəyişdiyi — parlaq ağdan qırmızı və narıncıya keçdiyi, bəzən isə gözqamaşdırıcı işıq saçdığı bildirilir.
Sənəddə NUO-ların müxtəlif formalarda — siqarabənzər, diskşəkilli və yumurtavari obyektlər kimi təsvir edildiyi qeyd olunur.
Ən qəribə məqamlardan biri isə onların guya səssiz şəkildə yüksək sürətlə hərəkət etməsi, havada asılı qalması və qəfil sürətlənərək işıq izi buraxmasıdır.
Məlumata görə, bəzi ifadələr polis əməkdaşları, hərbçilər və mülki aviasiya pilotları kimi “etibarlı şahidlərdən” daxil olub.
Sənədlərdə naməlum obyektlərə aid olduğu iddia edilən qalıqlar barədə də məlumatlar var. Onların arasında maqnezium ərintiləri və “naməlum, çox sərt metal” parçalarının adı çəkilir.
Arxivdəki memorandumun sonunda gələcəkdə NUO-ların “açıq enişi” və ya Yer kürəsi ilə birbaşa kontakt ehtimalı da qeyd olunur.
Bildirilir ki, son arxiv açıqlamasına 1947-ci ildən bəri NUO müşahidələri ilə bağlı 162 sənəd, foto, video və şahid ifadəsi daxildir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:26 / 10.05.2026
Pentaqonun naməlum uçan obyektlər haqda məxfi sənədləri AÇIQLANDI
Hazırda oxunan: Pentaqonun naməlum uçan obyektlər haqda məxfi sənədləri AÇIQLANDI
Hazırda oxunan: Pentaqonun naməlum uçan obyektlər haqda məxfi sənədləri AÇIQLANDI
612334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































