ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

Hazırda oxunan: ABŞ ordusu İran gəmilərinin blokadasına dair görüntülər YAYDI - VİDEO

612049

ABŞ ordusu Fars körfəzində dəniz blokadasına dair video yayımlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi xəbər dərc edib.

Agentliyin məlumatında qeyd olunur ki, Trampın sözlərinə görə, Hörmüz boğazından keçərkən üç ABŞ esminesi hücuma məruz qalıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İran Oman dənizinə doğru hərəkət edən gəmilərə hücum etmək üçün raketlərdən, dronlardan və sürət qayıqlarından istifadə edib.
 

Buna cavab olaraq, İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib və Vaşinqtonun İran neft tankerini hədəfə alaraq Qeşm adası və ətraf sahillərdə mülki ərazilərə hücum etməklə gərginliyə başladığını açıqlayıb.


İran rəsmiləri həmçinin iddia ediblər ki, bu hərəkətlərə cavab olaraq onlar Hörmüz boğazının şərqində və Çabahar limanının cənubunda ABŞ hərbi gəmilərini hədəfə alıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin